“ATMİA İnşaat həftəsi” çərçivəsində planlaşdırılan növbəti layihə uğurla başa çatdı.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (AzMİU) və İtaliya Ticarət Agentliyinin dəstəyi, Azərbaycan İnşaat Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) təşkilatçılığı, “Matanat A” Şirkətlər Qrupunun baş sponsorluğu və "MİRVANA" dekorativ boyalarının sponsorluğu ilə təşkil edilən tədbir inşaat və memarlıq sahələrinin peşəkarlarının və tələbələrinin diqqətini cəlb edib.
ATMİA-nın Baş Katibi Şahanə Sarı öz çıxışında AzMİU və İtaliya Ticarət Agentliyi, eləcə də 25 illik tarixə malik “Matanat A” Şirkətlər Qrupu və italiyan texnologiyası ilə istehsal edilən "MİRVANA" dekorativ boyalarına layihədə göstərdiyi təşkilati dəstək üçün təşəkkür edib.
İtaliya Ticarət Agentliyinin direktoru cənab Andrea Makkaniko, AzMİU-nun Memarlıq fakültəsinin Dekanı m.ü.f.d. professor Zahidə Məmmədova salamlama çıxışında memarlıq və inşaat sahəsində beynəlxalq ekspertlərlə əməkdaşlığın vacibliyini vurğulayıb.
Professor Nicola Ruggiero isə mühazirə iştirakçılarına qabaqcıl italiyan texnologiyaları və memarlıq sahəsində innovasiyalar haqqında unikal perspektiv təqdim edib. “Matanat A” Şirkətlər Qrupunun yeni innovasiyası olan, İtaliyanın qabaqcıl texnologiyalarından istifadə etməklə istehsal olunan "MİRVANA" dekorativ boyalarının təqdimatına xüsusi diqqət yetirilib. Yeni dekorativ boyalar böyük marağa səbəb olub. İnteraktiv formatda təşkil olunan tədbir brifinqlə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunur.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyası (ATMİA) ilk dəfə olaraq 1-9 aprel tarixində keçirdiyi İnşaat Həftəsi çərçivəsində silsilə tədbirlər təşkil edib. 2017-ci ildə yaradılan Assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: [email protected]