Dəyərli izləyicilər,
ATMİA üzvü “Bakı Engineering Supplies Ltd” MMC haqqında qısa məlumatı sizlərə təqdim edirik.
“Bakı Engineering Supplies Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti neft və qaz və yanacaq-energetika sənayesi, inşaat sektoru və sənayenin ümumi sahələri üzrə fəaliyyət göstərən müəssisə və qurumlara müasir tələblərə cavab verən məhsulların təchizatı üçün xidmətlər təklif edir.
“Bakı Engineering Supplies Ltd” MMC öz fəaliyyətinə 2009-cu ildə Azərbaycan Respublikası, Bakıda başlayıb və həmin vaxtdan müxtəlif xarici şirkətlərlə əməkdaşlıq edir. Təchiz edilən məhsullar: sənaye klapanı, boru avadanlığı, stellaj avadanlığı, torpaqlama məhsulları, borular, kimyəvi alətlər, qaldırıcı, qısqaclar, təhlükəsizlik məhsulları, yağlama avadanlığı, qaz sistemləri, neft avadanlıqları və s. məhsullar.
“Bakı Engineering Supplies Ltd” şirkətinin direktoru Kamran Mehdi-zadə.
Əlaqə məlumatları:
Ünvan: Bülbülə, Azərbaycan
Tel.: +994 (012) 452 68 55
E-mail: sales@bakuengineering.com