16–19 iyun 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantıları və Özəl Sektor Forumu qlobal əməkdaşlıq və dayanıqlı inkişaf gündəliyinin əsas müzakirə platformalarından biri kimi fəaliyyətə başladı. “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusu altında təşkil olunan tədbirdə dövlət qurumları, beynəlxalq maliyyə institutları, biznes nümayəndələri və inkişaf tərəfdaşları bir araya gəlirlər. Forum çərçivəsində investisiya imkanları, özəl sektorun inkişafı, innovasiya, rəqəmsal iqtisadiyyat və beynəlxalq əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılır.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) da tədbirdə iştirak edərək tikinti materialları sənayesinin inkişafı, yeni əməkdaşlıq imkanları və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində fəal iştirakını davam etdirir.