Sovet ordusu bölmələrinin Bakıya qoşun yeritməsi nəticəsində 147 nəfərin şəhid olduğu və 800-dən artıq şəxsin yaralandığı, tariximizə “Qanlı Yanvar” kimi həkk olunan terror hadisəsindən 36 il keçir. Dinc əhaliyə qarşı baş vermiş dəhşətli hadisə xalqın iradəsini qıra bilmədi, əksinə müstəqilliyə aparan yolu daha da möhkəmləndirdi. Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik! Allah rəhmət etsin!