Dəyərli izləyicilər,
Bu gün ATMİA-nın Qarabağ Universiteti ilə əməkdaşlıq təşəbbüsü nəticəsində universitetin “Mühəndislik” fakültəsinin dekanı, t.e.ü.f.d. Hüseyn Mirzəyev və “Mexatronika” kafedrasının müdiri r.e.ü.f.d. Ramil Məmmədli ATMİA-nın qonağı olub. Görüş zamanı 10 aprel “İnşaatçılar Günü” münasibətilə hər il assosiasiya tərəfindən təşkil olunan “İnşaat Həftəsi”ndə həyata keçiriləcək layihələr və əməkdaşlıq imkanları müzakirə olunub. Baş Katib Şahanə Sarı tərəfindən əməkdaşlıq memorandumu imzalanması təklif edilib. Qeyd edək ki, sahibkarların aprelin ilk həftəsi Qarabağa səfəri nəzərdə tutulub.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az