18-19 aprel tarixində Türkiyənin İzmir şəhərində “İş dünyası 100 ilin zirvəsi” Biznes Forum keçirilib.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunan layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İzmir Ticarət Evinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilib. Biznes Forumda ATMİA Baş Katibi Şahanə Sarı, ATMİA üzvləri Qarabağ Steel MMC-nin rəhbəri Əli Əliyev, Aliance Project MMC-nin rəhbəri Vasif Əliyev iştirak ediblər.