4 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanasında “ATMİA” tədris resurs mərkəzinin açılışı baş tutmuşdur.
Tədris Resurs Mərkəzində ATMİA-ya üzv tikinti şirkətlərin güşələri təşkil olunub, tələbələr üçün müxtəlif tikinti materiallarının nümunələri yerləşdirilib. Emalatxanada gələcəkdə seminarlar, kurslar və digər tədris təbdirlərinin təşkil olunacaq. Siz də öz markanızın ATMİA Resurs Mərkəzində təmsil olunmasını istəyirsizsə, əlaqə saxlayın!
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: info@atmia.az