27.08.2024-ci il tarixində City Point Baku biznes mərkəzində “Qiymətli kağızlar vasitəsi ilə maliyyənin cəlb olunması və investisiya imkanları” mövzusunda ATMİA üzvlərinin və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) ekspertlərinin iştirakı ilə görüşü baş tutmuşdur. Keçirilən tədbir olduqca maraqlı müzakirələr ilə zəngin oldu və kapital bazarı ilə sahibkarları maraqlandıran çoxsaylı suallara ekspertlər tərəfindən cavablar verildi. Böyük marağa səbəb olan görüşün nəticəsi olaraq gələcəkdə ATMİA AFBİA ilə birlikdə üzvlərimiz üçün mühüm olan maliyyə sahəsinə aid maarifləndirici yeni tədbirlərin keçirilməsi qərara alınmışdır. Tədbirdə iştirak edən bütün ATMİA üzvlərinə təşəkkür edirik. Bizi izləyin, bizimlə qalın!
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: [email protected]