Dəyərli izləyicilər,
BMT-nin Məskunlaşma Proqramı tərəfindən Azərbaycan üzrə maraqlı tərəflər üçün 19 yanvar 2026-cı il tarixində Özəl Sektor üçün məlumat sessiyası baş tutmuşdur.
Sessiya çərçivəsində Dünya Şəhər Forumu – 13-cü Sessiya (WUF13) haqqında ümumi məlumat verilmiş, maraqlı tərəflərin cəlb olunması prosesi izah olunmuş və özəl sektor nümayəndələrinin Forumun hazırlıq mərhələlərinə və proqramına töhfə imkanları diqqətə çatdırılmışdır.
Növbəti mərhələlər və proseslər barədə Biz Sizə ətraflı məlumat verəcəyik.