Dəyərli izləyicilər,
12 iyun 2025-ci il tarixində “Kırşehir Ticarət və Sənaye Evi”-nin Bakıda təşkil etdiyi B2B işgüzar görüş tədbirində ATMİA iştirak etmişdir. Türkiyənin tikinti, tikinti materiallarının istehsalında, inşaat, mühəndislik, memarlıq və dizayn sahəsində fəaliyyət göstərən aparıcı şirkətlər ilə fərdi görüşlər keçirildi. Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olundu, sektordakı yeniliklərlə bağlı fikir mübadiləsi aparıldı. Tədbirdə “Kırşehir Ticarət və Sənaye Evi”nin İdarə Heyətinin sədri cənab Mustafa Yılmaz da iştirak edib, görüşlərin əhəmiyyətinə dair çıxış edib. Keçirilən görüşlər tikinti sektorunda ATMİA-nın beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və yeni işgüzar əlaqələrin qurulması baxımından önəmli addım oldu.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az