İqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, millət vəkili Ziyad Səmədzadə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyasına Fəxri üzv seçilib.
ATMİA-nın Baş katibi Şahanə Sarı ilə görüşü zamanı Z.Səmədzadə ölkə iqtisadiyyatının inkişafında tikinti materialları sektorunun önəmli yer tutduğunu vurğulayıb: “Məmnunluq hissi ilə qeyd etməliyəm ki, son illərdə prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu sahədə də müsbət meyllərini göstərməkdədir. ATMİA bu sektorda fəaliyyət göstərən sahibkarlar arasında əməkdaşlığın genişlənməsi, onları öz ətrafında daha dinamik əsaslarla, daha keyfiyyətli, daha işgüzar şəkildə birləşdirən assosiasiyadır. Ümidvaram ki, birlik bundan sonra da Azərbaycanın iqtisadi tərəqqisinə, sənayemizin şaxələnməsinə böyük töhvələr verəcək”
Üzv olmaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz.
+994502653634