Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası və 15-dən çox üzv şirkət IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində iştirak edərək mühəndislik, texnologiya və beynəlxalq əməkdaşlıq sahəsində mühüm platformada təmsil olundu. Zirvədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev, eləcə də Türkiyədən yüksək səviyyəli dövlət və iş dünyası nümayəndələrinin iştirak etdilər.
Zirvə çərçivəsində mühəndislik təhsili, müdafiə sənayesi, enerji və dayanıqlılıq, kibertəhlükəsizlik, süni intellekt istiqamətlərində panel müzakirələri, həmçinin geniş B2B görüşlər təşkil olundu. Bununla yanaşı, sahənin aparıcı ekspertlərinin çıxışları və networking imkanları iştirakçılar üçün yeni əməkdaşlıq perspektivləri yaratdı.
ATMİA olaraq üzv şirkətlərimizin beynəlxalq platformalarda fəal iştirakını dəstəkləyir, yeni tərəfdaşlıqların qurulması və ölkəmizin mühəndislik sektorunun inkişafına töhfə verən təşəbbüslərə daim önəm veririk.