ATMİA və “Penetron Azərbaycan” MMC -nin birgə təşkilatçılığı ilə təqdimat tədbiri keçirildi. Tədbir çərçivəsində “Penetron Azərbaycan” MMC -nin direktoru Kirman Məmmədov tərəfindən məhsullar, onların tətbiq sahələri və həyata keçirilən layihələr barədə ətraflı məlumat təqdim olundu.
Eyni zamanda, iştirakçılar üçün innovativ həllərlə yaxından tanış olmaq imkanı yaradıldı, praktiki təcrübələr və real layihələr üzərindən müzakirələr aparıldı. Görüş qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və yeni biznes əlaqələrinin qurulması baxımından məhsuldar oldu.
ATMİA - Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası