Hörmətli sahibkarlar,
10 sentyabr 2026-cı il tarixində ATMİA ofisində növbəti, ənənəvi Dəyirmi Masa təşkil olundu. Toplantı zamanı sahibkarlar sektorial problemləri və ölkəmizdə sahibkarlığın inkişafında ATMİA-nın rolunu vurğuladı. Daha effektiv fəaliyyət üçün komitələrin sürətli şəkildə formalaşdırılmasına qərar verildi. Məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, hazırda İstehsalçılar və Daşçılar Komitələrinə rəhbər təyin edilib. Digər komitələrin qurulmasında və növbəti Dəyirmi Masa-da iştirak üçün tələsin!