27 sentyabr 2024-cü il tarixində Rusiya Ticarət Palatasının fəxri nümayəndəsi Mariya Suvorovskaya və ABB-Moskva bankının biznesin inkişafı direktoru Svetlana Lunkova ATMİA-nın qonağı olub. Görüş zamanı ATMİA üzvlərinə Rusiyada güzəştli biznes kreditlərinin verilməsi və iki ölkə arasında pul köçürmələrinin sərfəli şərtlərlə yerinə yetirilməsi barədə vacib məlumatlar verildi.
Rusiyada biznes qurmağı planlayan və ya lahiyəsi olan ATMİA üzvləri 010 250 03 24 nömrəsi ilə əlaqə yarada bilər.