Dövlət sahibkarlara davamlı və hərtərəfli dəstək göstərir, iqtisadiyyatda, qeyri-neft sektorunun şaxələndirilməsində sahibkarlığın rolunun artması üçün sistemli tədbirlər həyata keçirilir. Sahibkarlığın inkişafı özəl sektorun tərəqqisinə əhəmiyyətli töhfələr verir və bu amil öz növbəsində ölkə iqtisadiyyatının dinamik inkişafının davam etməsində rol oynayır. Özəl sektora dövlət dəstəyi və bu sahədə həyata keçirilən islahatlar hələ Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərindən başlamışdır. Ümummilli lider Heydər Əliyev ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla və onun tərəqqisi ilə əlaqələndirirdi. Heydər Əliyevin 2002-ci ilin 25 aprel tarixində sahibkarlar ilə keçirdiriyi görüş sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu sahədə əldə olunan inkişaf üçün möhkəm təməl məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Bu gün Ulu Öndərin ölkəmizin gələcəyi üçün yaratdığı inkişaf strategiyası Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasəti sayəsində Azərbaycanın iqtisadi potensialı durmadan artmaqdadır. Regionların iqtisadi inkişafı dövlətin iqtisadi siyasətinin əsas və vacib istiqamətlərindən biridir.Yerli investorlar üçün yaradılan əlverişli şərait imkanları ölkədə sahibkarlığın inkişafını sürətləndirən, ona təkan verən əsas amillərdəndir. Ölkədə özəl sektora göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurlarn əldə olunması ilə nəticələnmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 il düşmən işğalında olan torpaqlarımızı azad etdi. Hazırda işğaldan azad edilən torpaqlarda böyük quruculuq və bərpa işləri aparılır. Bu gün ölkəmiz dünyada sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilmişdir. Yaradılan siyasi-iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. Sahibkarlıq fəaliyyəti yalnız iqtisadi tərəqqiyə təkan verən amil kimi yox, həmçinin sosial rifahın yaxşılaşmasında əhəmiyyətli vasitədir. Ölkə iqtisadiyyatına töhfə olaraq yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, yeni iş yerlərinin yaradılması, sosial problemlərin həlli bir başa sahibkarlığın inkişadı ilə bağlıdır. Əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycanda sahibkarların etibarlı himayədarı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin tarazlı iqtisadi inkişafına xüsusi önəm verilmiş, regionların sosial-iqtisadi inkişafı sahəsində böyük nəticələr əldə etməyə imkan verən inkişaf proqramları həyata keçirmişdir. Ölkədə sahibkarlığın inkişafı üçün yaradılmış şəraitdən yararlanaraq, sahibkarlar bundan sonra da Azərbaycanın inkişafı üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.