Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası 2023-cü il fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransı təşkil edib.
ATMİA Baş katibi Şahanə Sarı mətbuata açıqlamasında 2017-ci ildə yaradılmış ATMİA-nın əsas məqsədinin qeyri neft sektorunda önəmli yer tutan tikinti materialları istehsalının inkişafına dəstək olmaq və ölkəmizdə dayanıqlı iqtisadi və sosial inkişafa yönəlmiş tədbirləri təşviq etməkdən ibarət olduğunu bildirib.
Hazırda Matanat A Şirkətlər qrupu, AĞDAĞ, ROKOL, NORM, METAK və s. ölkənin qabaqcıl şirkətlərini əhatə edən üzv sayı 500-ə yaxınlaşan assosiasiya Made in Azerbaijan brendinin təşviqi, inşaat materialları sektorunun ixracat potensialının artırılması istiqamətində sistemli işlər həyata keçirir.
Belə ki, sahibkarlar mütəmadi olaraq beynəlxalq sektorial inşaat sərgilərinə işgüzar səfərlər edir, həmçinin ölkə stendlərində milli brendlərimizi uğurla təmsil edirlər.
Ötən il ərzində Qazaxıstan, Türkmənistan, Türkiyə, BƏƏ, Yaponiya və s. ölkələrə işgüzar səfərlər edilmiş, eləcə də sahibkarların maariflənməsi üçün beynəlxalq eskpertlər ölkəmizə dəvət edilmiş, ATMİA üzvlərinə özəl master klasslar təşkil olunmuşdur. 2024-cü ildə də Türkiyə, Orta Asiya, Rusiya, Yaxın Şərqi əhatə edən aparıcı tikinti şirkətləri və material istehsalçıları ilə tərəfdaşlıq və əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur.
“Biz 2024-də üzv sayımızı daha da artırmaqla ölkəmizdə inşaat materialları istehsalçılarını daha geniş miqyasda əhatə etməyi, üzvlərimizə xidmət keyfiyyətini artırmağı, onların professional inkişafına dəstək olmağı planlayırıq"- deyə Şahanə Sarı bildirib.
ATMİA-ya üzv olmaq üçün: