Hörmətli assosiasiya üzvləri,
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış “2026–2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın yekun layihəsi üzrə rəy və təkliflərin toplanması prosesi davam edir.
“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu və müvafiq normativ aktlarına əsasən, proqram layihəsində ölkənin sosial-iqtisadi inkişaf prioritetləri, texniki tənzimləmələrin tələbləri, beynəlxalq və regional standartlara uyğunlaşdırma istiqamətləri nəzərdə tutulmuşdur.
Tikinti sektoruna aid standartlarla bağlı hər hansı əlavə, düzəliş və ya yeni təklifləri olan üzvlərimizin, həmin təklifləri 27 oktyabr 2025-ci il tarixinədək Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasına (ATMİA) təqdim etmələri xahiş olunur.
ATMİA tərəfindən daxil olan bütün təkliflər Azərbaycan Standartlaşdırma İnstitutuna (AzStandart) təqdim ediləcək.
Təkliflərin qəbulu üçün son tarix: 27 oktyabr 2025
Əlaqə: info@atmia.az