Dəyərli izləyicilər,
18 fevral tarixində ATMİA üzvləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Bakı Məşğulluq filialında qurumun rəhbərliyi və səlahiyyətli nümayəndələrin iştirakı ilə dəyirmi masa ətrafında görüşdülər. Görüşdə kadrların əmək haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi, kadrların peşə hazırlığı kurslarına qəbulu, dövlətin bu sahədəki dəstəyi, əmək yarmarkaları ilə bağlı ətraflı məlumatlar verildi və maraqlı müzakirələr aparıldı. Həmçinin, ATMİA üzvlərinin sualları cavablandırıldı və müraciətləri qeydə alındı. Tədbirdə iştirak edən sahibkarlara təşəkkür edirik və bildirmək istərdik ki, bu cür görüşlər mütamadi olaraq təşkil olunacaq.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az