24 may 2024-cü il tarixində ATMİA üzv şirkət rəhbərlərinin iştirakı ilə Hökumət Evində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti-nin seminarı baş tutmuşdur. Seminar iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsində təsbit edilən yeni anlayışlara, bazar iştirakçılarının rəqabət nöqteyi-nəzərdən bazara olan tələblərinə, habelə Məcəllədə təsbit edilən bir sıra məqamlara həsr olunmuşdur. Tədbirin sonunda ATMİA üzv şirkət rəhbərlərini maraqlandıran suallara dövlət rəsmiləri tərəfindən cavab verildi.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: [email protected]