16 may tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 5-ci Karyera Sərgisi təşkil olunub. Məşğulluğa dəstək məqsədilə keçirilən sərgidə universitetin əməkdaşlıq etdiyi 80-ə yaxın dövlət qurumu və özəl şirkət ümumilikdə 600-dək vakansiya və təcrübə proqramı təqdim edib. ATMİA üzv şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar, təcrübə proqramları barədə ətraflı informasiya veriblər və iş axtarışında olan gənclərin suallarını cavablandırıblar. Tədbirin sonunda ATMİA-nın təhsil sektorunda və eyni zamanda tələbələrin işlə təmin olunması, onların praktiki bacarıqlarının artırılması yolunda rolu vurğulandı.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: [email protected]