Dəyərli izləyicilər,
Baku Build 2025 30-cu yubiley inşaat sərgisində ATMİA ilk dəfə olaraq üzvləri ilə birgə vahid stendlə iştirak edəcək. Tədbirin təşkilatı məsələlərin müzakirəsi üçün Baku Build 2025-in layihə rəhbəri və ATMİA üzvləri bir araya gəldilər. ATMİA-da keçirilən görüşdə stendin yeri, dizaynı və digər vacib suallara aydınlıq gətirildi. Xatırladaq ki, ATMİA Baku Build 2025 ilk günü, 14 oktyabr, saat 16.00-da “Kompromissiz Keyfiyyət: Tikinti materiallarında keyfiyyət modeli” adlı forumunu da təşkil edəcək.
Ətraflı məlumat üçün: 0102500324