Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (#ATMİA) ilə Almaniya Milli Metrologiya İnstitutunun (#PTB) almaniyalı eksperti arasında görüş baş tutub.
“Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları” layihəsi çərçivəsində baş tutan görüşdə əsas məqsəd yüksək keyfiyyətli, təhlükəsiz və dayanıqlı tikinti materiallarının təşviq edilməsi, keyfiyyət infrastrukturunun dəstəklənməsi və yaşıl iqtisadiyyat üçün giriş nöqtələrinin müəyyən edilməsi üçün əməkdaşlıq qurulmasından ibarət olub.
+994502653634