Dəyərli izləyicilər,
5 iyun 2025-ci il tarixində ATMİA üzvləri Azpromo-nun təşkilatçılığı ilə keçirilən Azərbaycan- Çin əməkdaşlıq forumunda iştirak etdilər. İqtisadiyyat nazirinin müavini Elnur Əliyevin, Çinin Azərbaycandakı səfiri xanım Lu Mei, KOBİA-nın idarə heyətinin sədri cənab Orxan Məmmədovun və Azpromo-nun icraçı direktoru cənab Yusif Abdullayevin tədbirdə çıxışlarından sonra üzvlərimiz B2B görüşlərinə qatılıblar. Üzvlərimiz iki ölkə arasında iqtisadi-ticari əlaqələrin gücləndirilməsi, investisiya imkanları və biznes əməkdaşlığını Çindən gələn iş adamları ilə müzakirə etdilər.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az
www.atmia.az