1-9 aprel ATMİA Construction Week çərçivəsində Baş Katib Şahanə Sarı ATMİA nümayəndə heyəti ilə birlikdə Özbəkistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Bahrom Aşrafxanovla görüşüb. Görüş zamanı 2 ölkə arasında inşaat sektoruna aid perspektiv əməkdaşlıq imkanları müzakirə edilib. Cənab səfir Özbəkistana ixracat etmək istəyən azərbaycanlı iş adamları və investisiya imkanlarının müzakirəsində ATMİA üzvlərinə dəstəyə daim hazır olduğunu bildirib. Sonda Özbəkistan səfirinə ATMİA-nın Fəxri üzvlük diplomu təqdim edilib.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: [email protected]