ATMİA nümayəndələri 04-06 iyun tarixlərində baş tutmuş “AFA STRATEJİ HƏFTƏSİ”-də iştirak etdi.
USAİD-in təşkilatçılığı və ATMİA əməkdaşlarının iştirakı ilə 4, 5 və 6 iyun 2024-cü il tarixlərində İsmayıllının Basqal kəndində beynəlxalq strateji idarəetmə təlimi keçirilib. 11 assosiasiyanın iştirak etdiyi tədbirdə strateji idarəetmə vasitələri, korporativ idarəetmə, strateji liderlik, düzgün strategiyanın təyin edilməsi, inkişaf təfəkkürü və liderliklə əlaqəsi və s. mözvularda praktiki məlumatlar verilib.