Dəyərli izləyicilər,
Bu gün AR Təhsil Nazirliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. MİDA, PMD Projecs, Huner Group, Conco QSC, “Matanat A” Şirkətlər Qrupu və s. iştirakı ilə baş tutan tədbirdə ATMİA Baş katibi Şahanə Sarı bildirib ki, biz sektorun inkişafı üçün dövlət-özəl tərəfdaşlığına hər zaman hazırıq. ATMİA tərəfindən konfrans zamanı verilən təkliflər nazirlik və dövlət agentliyi tərəfindən rəğbətlə qarşılanıb. Layihədə aktiv iştirak edən üzvlərimizə təşəkkür edirik!
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: [email protected]