10 May – Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik.
Müasir Azərbaycan dövlətçiliyinin memarı olan Ulu Öndərin uzaqgörən siyasəti, xalqına bağlılığı və ölkəmizin inkişafı naminə həyata keçirdiyi mühüm islahatlar Azərbaycan tarixində silinməz iz qoymuşdur. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin tərəqqisinin əsas dayaqlarından biridir.