Misirin Azərbaycandakı səfiri Azərbaycanın nüfuzlu təşkilatına Fəxri üzv seçildi!
Misir və Azərbaycan arasında tikinti sektorunda əlaqələr güclənməkdədir. Mayın 5-də Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Hişam Mohamed Naqi Abdel Hamidin Azərbaycan Tikinti Materialları İstehsalçıları Asossiyasiyasının (ATMİA) təmsilçiləri ilə görüşü zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Misirli diplomat ATMİA-nın Fəxri Üzvü olmaq barədə təklifi məmnuniyyətlə qəbul edib.
Üzv olmaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz.
+994502653634
info@atmia.az