CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) Proqramı — 11 ölkə və beynəlxalq maliyyə institutlarını birləşdirən strateji platformadır. Bu çərçivədə keçiriləcək CAREC Biznes Forumu (CBF) hökumət nümayəndələri, sahibkarlar, investorlar və beynəlxalq tərəfdaşları bir araya gətirərək regional əməkdaşlıq, investisiya və biznes imkanlarını genişləndirməyi hədəfləyir.
Forumun əsas məqsədləri • CAREC nəqliyyat dəhlizlərinin iqtisadi potensialını müəyyənləşdirmək, xüsusilə Orta Dəhliz (Corridor 2) üzrə imkanları qiymətləndirmək; • Dövlət-özəl tərəfdaşlığı (PPP) və sərmayə imkanlarını inkişaf etdirmək; • B2B və B2G görüşləri vasitəsilə transsərhəd əməkdaşlıq və investisiya mühitini gücləndirmək; • Rəqəmsallaşma və yaşıl iqtisadiyyat sahəsində regional uğur hekayələrini paylaşmaq.
18noyabr
202510:00
Texnopark, Bişkek, Qırğızıstan Respublikası
Xəritədə baxTədbirdə iştirak etmək üçün qeydiyyat